İlham Əliyev: "Azərbayanda dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlanır"

İlham Əliyev: "Azərbayanda dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlanır"
# 11 iyul 2016 20:36 (UTC +04:00)

Bakı - APA-Economics. "Bir sahə var ki, Azərbaycanda heç inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Söhbət dərman preparatlarının istehsalından gedir".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan bu sahədə tamamilə idxaldan asılı vəziyyətdədir.

Dövlət başçısı əlavə edib ki, görülmüş tədbirlər nəticəsində dərman preparatlarının qiymətində ciddi azalma müşahidə olunur, eyni zamanda keyfiyyətə də ciddi nəzarət olunur.

"İndi vaxt çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalı başlanılsın. Müvafiq göstərişlər verilib. Bir neçə xarici şirkətlə danışıqlar aparılır. Bu sahəyə böyük maraq var. Azərbaycan bazarı kifayət qədər böyükdür. Buna görə, xarici firmalar böyük maraq göstərir və biz bundan istifadə etməliyik. Hazırda dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlanır. Hesab edirəm ki, bu il fabriklərin tikintisinə başlamalıyıq", - deyə prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR