® “Super Sun” Beynəlxalq Şirniyyat Festivalında

<font color=red>® </font> “Super Sun” Beynəlxalq Şirniyyat Festivalında
# 22 iyul 2016 08:01 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ənənəvi Beynəlxalq şirniyyat festivalı təşkil edilib.

Təşkilatçılar festivalda iştirak etmək üçün 24 şəhər və rayonun qeydiyyatdan keçdiyi, 15 xarici ölkədən 37 qonağın qatıldığını qeyd edərək bunun çox uğurlu göstərici olduğunu bildiriblər. Ölkəmizin mədəniyyətinin təbliği məqsədi ilə keçirilən tədbirlərdə yaxından iştirak edən “Azərsun Holdinq” bu dəfə də ənənəsinə sadiq qalıb. Festivalda adıçəkilən Şirkətlər Qrupu tərəfindən istehsal olunan “Super Sun” və “Möcüzə” yağları ilə hazırlanmış şirniyyatlar sərgilənib və onlar ziyarətçilər tərəfindən çox yüksək qiymətləndirilib. Beləliklə adıçəkilən markaların milli yeməklərlə bərabər müxtəlif şirniyyatların da hazırlanmasında ən uğurlu seçim olduğu nümayiş etdirilib. Milli Kulinariya Komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan “Super Sun” yağı ilə hazırlanmış plov isə gözəl tamı ilə hər kəsi valeh etməyi bacarıb. Qeyd edək ki, “Azərsun Holdinq”ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkə daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhfə verir. Festivalda qalib gələrək mükafatlandırılan iştirakçılara “Azərsun Holdinq” tərəfindən də xüsusi hədiyyələr verilib. Münsiflər heyətinin qərarına əsasən, Özbəkistan şirniyyatçıları festivalın qalibi adını qazanıb. İkinci yerə İndoneziya və Hindistan, üçüncü yerə isə İran şirniyyatçıları layiq görülüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR