Səhiyyə Nazirliyi: Yanğında xəsarət alanların müalicəsi davam etdirilir

Səhiyyə Nazirliyi: Yanğında xəsarət alanların müalicəsi davam etdirilir
# 21 may 2015 08:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda yanğın baş verən binada xəsarət alan 14 nəfərin müalicəsi davam etdirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında deyib ki, onlardan 12-si Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 2-si isə 6 saylı şəhər Xəstəxanasındadır. Onun sözlərinə görə, hazırda bütün xəsarət alanların vəziyyəti stabildir.

Qeyd edək ki, Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək buraxılıb.

Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə xəstəxanada vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR