Dow Jones indeksi 0,9%, S&P 500 1,2%, Nasdaq 1,5% enib

Dow Jones indeksi 0,9%, S&P 500 1,2%, Nasdaq 1,5% enib
# 05 fevral 2013 06:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 13 880 bəndədək, S&P 500 1,2% - 1 496 bəndədək, Nasdaq 1,5% - 3 161 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların azalmasına xarici amillər təsir edib. O cümlədən, müxtəlif səbəblərdən investorlar arasında İspaniya və İtaliyada iqtisadi vəziyyətin pisləşməsi barədə mənfi gözləntilər yaranır.

Avropa fond bazarlarında fevralın 4-də FTSE 100 indeksi 1,6% - 6 247 bəndədək, Almaniya DAX-ı 2,5% - 7 638 bəndədək, Fransa CAC-40-ı 3,0% - 3 660 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 675,2 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3485 (-1,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR