Ombudsman Aparatının əməkdaşları növbəti başçəkmələr həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları növbəti başçəkmələr həyata keçiriblər
# 12 dekabr 2014 14:57 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsində, 15 saylı Cəzaçəkmə Müəssisəsində və 3 saylı İstintaq Təcridxanasında olublar.

Aparatdan APA-ya verilən məlumata görə, qurumun əməkdaşları 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsində Müvəkkilə müraciət edən məhkumlarla, eyni zamanda buradakı cərimə təcridxanasında saxlanılan şəxslərlə görüşüb, cərimə palatalarında saxlanılma şəraiti, saxlanılan şəxslərin səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər. Həmin şəxslər saxlanılma şəraitindən və rəftardan narazılıq etməyiblər.

Həmçinin Ombudsmanın nümayəndələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin təmsilçiləri tərəfindən Müvəkkilə ünvanlanmış müraciətlərin araşdırılması məqsədi ilə həmin gün 15 saylı CM-də olub, qəbul edilən məhkumlara hüquqi məsləhətlər verilib.

Daha sonra 3 saylı İstintaq Təcridxanasına da başçəkmə həyata keçirilib, müvəkkilin ünvanına daxil olan müraciət araşdırılıb. Məhbuslar üçün nəzərdə tutulmuş, müasir standartlara cavab verən yeni yeməkxananın istifadəyə verilməsi müsbət hal kimi dəyərləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR