Boliviyada avtobus dərəyə düşüb, 12 nəfər ölüb

Boliviyada avtobus dərəyə düşüb, 12 nəfər ölüb
# 16 mart 2015 23:36 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza ölkənin cənubundakı Çukisaka departamentində qeydə alınıb.

Naməlum səbəbdən içərisində 18 nəfərin olduğu avtobus 150 metr dərinliyi olan dərəyə aşıb.

Ölənlər arasında uşaqların da olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR