Xalq artisti Nəriman Məmmədov dünyasını dəyişib

Xalq artisti Nəriman Məmmədov dünyasını dəyişib
# 06 aprel 2015 12:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov vəfat edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin APA-ya verdiyi məlumata görə, N. Məmmədov bir neçə gün əvvəl insult keçirib.

F. Əlizadə qeyd edib ki, Nəriman Məmmədovla vida mərasimi aprelin 7-də saat 12:00-da Bakı Musiqi Akademiyasında olacaq, o, II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, N. Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində doğulub.

“Humay”, “Şeyx Sənan” baletlərinin, “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyalarının, yeddi simfoniya və bir neçə simfonik poemanın, 700-ə yaxın mahnının müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR