Poroşenko və Merkel Donbasdakı vəziyyəti müzakirə ediblər

Poroşenko və Merkel Donbasdakı vəziyyəti müzakirə ediblər
# 13 aprel 2015 20:51 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Petr Poroşenko və Almaniya kansleri Anqela Merkel arasında növbəti telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

Poroşenko və Merkel Donbasdakı vəziyyəti müzakirə ediblər, həmçinin əsirlərin dərhal azad edilməsinin vacibliyini vurğulayıblar.

“Poroşenko danışıq zamanı qeyd edib ki, separatçılar Donbasda atəşkəsin rejimin pozur və ağır texnikanın geri çəkilməsinə dair razılaşmaya məhəl qoymurlar”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR