Yunanıstanda aviaşou zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot ölüb.
Bu barədə Afina-Makedoniya Xəbər Agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, qəza Afinanın yaxınlığında keçirilən aviaşou zamanı baş verib.
Hər iki pilotun meyiti təyyarənin qəzaya uğradığı ərazidə aşkarlanıb.
***
17:22
Yunanıstanda həri təyyarə qəzaya uğrayıb.
"Reuters"in məlumatına görə, qəza Afina yaxınlığında baş verib.
Yunanıstana məxsus iki nəfərlik F-4 Phantom qırıcı təyyarəsi Tanagra hava limanında keçirilən hava şousu zamanı qəzaya uğrayıb.
Yunanıstan Hərbi Hava Qüvvələrinin rəsmisi bildirib ki, hazırda qəza ilə bağlı axtarış və xilasetmə əməliyyatı həyata keçirilir.