Ukrayna Prezidenti Volodimir Zelenski Nazirlər Kabinetində kadr dəyişikliklərinin aparılacağını açıqlayıb.
UNİAN xəbər verir ki, dəyişikliklər çərçivəsində hazırkı Baş nazir Yuliya Sviridenkonun başqa vəzifəyə keçirilməsi nəzərdə tutulur.
Zelenski Sviridenkoya Baş nazir vəzifəsində aydın, sabit və səmərəli fəaliyyətinə, eləcə də Ukrayna komandasında uzun illər gördüyü nəticəli işlərə görə təşəkkür edib.
Ukrayna Prezidenti bildirib ki, Sviridenkoya ölkənin əsas tərəfdaşlarından biri ilə münasibətlərdə yeni və mühüm istiqamətə rəhbərlik etməyi təklif edib. Lakin onun hansı vəzifəyə təyin olunacağı hələ açıqlanmayıb.
Zelenski hökumətdə müvafiq dəyişikliklərin parlament üzvləri ilə birlikdə həyata keçiriləcəyinə ümid etdiyini deyib. O, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərliyində də dəyişikliklərin olacağını açıqlayıb.