Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
# 13 mart 2015 11:02 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Aİ Şurası Rusiya Federasiyasının vətəndaşları və Ukraynanın şərqindəki separatçılardan ibarət 150 fiziki şəxs, eləcə də 37 hüquqi şəxsdən ibarət “qara siyahı”nın müddətini bu il sentyabrın 15-nə qədər uzatmaq qərarına gəlib.

Xatırladaq ki, Rusiyanın Krımı ilhaq etməsi və Donbassdakı separatçılara dəstək verməsi ilə əlaqədar bu ölkəyə qarşı Avropa İttifaqı və ABŞ tərəfindən sanksiyalar tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR