Oğuz rayonunda 26 yaşlı oğlan bıçaqlanıb

Oğuz rayonunda 26 yaşlı oğlan bıçaqlanıb
# 23 sentyabr 2015 06:07 (UTC +04:00)

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 02.00 radələrində Oğuz rayonu Kərimli kənd sakini, 1989-cu il təvəllüdlü İntiqam Nizami oğlu Əzizov qarının ön divarının daxilinə nüfuz edən kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. Yaralı dərhal əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən İntiqam Əzizovun vəziyyəti orta-ağır qiymətləndirilir. 

 

Oğuz rayon Polis Şöbəsindən APA-ya bıçaqlanma faktı təsdiqlənib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR