Bakı. Şəhriyar Əlizadə - APA. Cəlilabad sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Camal Bəşirova məxsus yardımçı təsərrüfatdan 3 kiloqram 655 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.