İrəvanda iki nümayişçi aclıq aksiyasına başlayıb

İrəvanda iki nümayişçi aclıq aksiyasına başlayıb
# 30 iyun 2015 18:55 (UTC +04:00)

Bakı-APA. İrəvanda Baqramyan prospektində keçirilən etiraz aksiyasında iki nümayişçi - Arutyun Arutunyan və Ayk Parikyan aclıq aksiyasına başlayıb.

APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, onlar elektrik enerjisinin bahalaşması ilə bağlı qərarın ləğv edilməsini tələb edirlər.

Etirazçılar onlara yaxınlaşan İrəvanın polis rəisinin müavini Valeri Osipyana tələblərini təkrar ediblər. V.Osipyan jurnalistlərə vəziyyəti nəzarət altında saxladığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR