Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” konfransı keçirilib

Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” konfransı keçirilib
# 04 iyun 2015 11:27 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, B. Vahabzadə Azərbaycanın ədəbi-ictimai fikrinin zənginləşməsində böyük rol oynayıb. R. Hüseynovun sözlərinə görə, konfransın materialları kitab şəklində çap olunaraq şairin yaradıcılığının tədqiq olunması üçün elmi müəssisələrə təqdim olunacaq.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının inkişafında xalq şairinin rolundan danışıb və qeyd edib ki, B. Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında prezident İlham Əliyevin Sərəncamına əsasən şairinin yubileyi silsilə tədbirlərlə davam edəcək.

Konfransda professor Tahirə Məmmədin “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünalığının Atatürkə münasibəti”, filologiya üzrə fəlsəfə doktoru Təranə Rəhimlinin “1960-70-ci illər Azərbaycan nəsrində insan konsepsiyası və ədəbi tənqid”, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun “Müasir dramaturji mühitin janr tələbləri. Tragikomediya” mövzusunda məruzələri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR