Qarabağ münaqişəsi İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə gündəlikdə əsas yer tutacaq

Qarabağ münaqişəsi İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə gündəlikdə əsas yer tutacaq
# 29 iyul 2016 14:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Ukraynadakı böhran və ATƏT məkanındakı həlli uzanmış münaqişələr (Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri), miqrant və qaçqın axını, Aralıq dənizinin cənub sahillərində olan ölkələrlə gücləndirilmiş tərəfdaşlıq ATƏT-ə sədrliyimiz dövründə gündəliyimizdə əsas yer tutan məsələlər olacaq”.

APA-nın xəbərinə görə, bunu İtaliya xarici işlər naziri Paolo Centiloni ölkəsinin 2018-ci ildə ATƏT-ə sədrliyi zamanı diqqət yetirəcəyi məsələlərlə bağlı danışarkən bildirib.

P. Centiloni qeyd edib ki, İtaliyanın ATƏT-ə sədrliyi ilə bağlı qəbul edilən qərar ölkənin Avropada sülh və sabitliyin möhkəmləndirilməsinə fəal şəkildə töhfə verməyə sadiq olduğunu göstərir.

Qeyd edək ki, ATƏT-in hazırkı sədri Almaniyadır. Quruma sədrliyi 2017-ci ildə Avstriya, 2018-ci ildə isə İtaliya təhvil alacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR