Bank Of Baku

Qaxda 12 yaşlı oğlanı ilan sancıb

Qaxda 12 yaşlı oğlanı ilan sancıb
# 13 aprel 2019 21:36 (UTC +04:00)

Qax rayonunda bədbaxt hadisə baş verib. 

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qapçay kəndinin inzibati ərazisində baş verib. 

Kənd sakini, 2007-ci il təvəllüdlü Xəlil Ramiz oğlu Babayev ailəsinə məxsus mal-qaranı axtaran zaman qəfildən yıxılıb.

Bu zaman onun sol əlinin baş barmağından ilan sancıb. X. Babayev yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssəsindən ONA-ya bildirlib ki, X. Babayevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR