Lənkəranda maşın piyadanı vuraraq öldürüb

Lənkəranda maşın piyadanı vuraraq öldürüb
# 26 iyun 2016 22:53 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 26-dan 27-ə keçən gecə Ələt-Astara magistralının Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan avtomobil yolu keçmək istəyən yaşlı kişini vurub.


Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR