Bakıda iki evdə yanğın olub

Bakıda iki evdə yanğın olub
# 27 yanvar 2016 00:49 (UTC +04:00)

Bakı-APA. Bakıda iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri paytaxtın Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağında arakəsmə divar 0.5 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Daha bir yanğın Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR