Nyu-Yorkdakı məscidlərdən birinin imamı qətlə yetirilib

Nyu-Yorkdakı məscidlərdən birinin imamı qətlə yetirilib
# 14 avqust 2016 03:58 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkun Kuins dairəsində yerləşən məscidlərdən birinin imamı odlu silahla qətlə yetirilib, daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, atışma “Al-Furqan Jame” məscidinin yaxınlığındakı Ozon parkında baş verib.

Polisin məlumatına görə, qarətçi şəxs tapança ilə qurbanlarının başından atəş açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR