Kerri: ABŞ İranla işləyən xarici bankların işinə əngəl törətmək niyyətində deyil

Kerri: ABŞ İranla işləyən xarici bankların işinə əngəl törətmək niyyətində deyil
# 22 aprel 2016 22:51 (UTC +04:00)

Bakı-APA. ABŞ İranla işləmək işləyən xarici bankların işinə əngəl törətmək niyyətində deyil.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri Nyu-Yorkda, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ilə görüşdən əvvəl bəyan edib.

İranın xarici işlər naziri, öz növbəsində, qeyd edib ki, rəsmi Tehran İranın nüvə proqramına dair razılaşmanın bütün müddəalarının reallaşacağına ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR