Şəkidə 84 yaşlı kişi intihar edib

Şəkidə 84 yaşlı kişi intihar edib
# 01 dekabr 2015 05:58 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 84 yaşlı kişi intihar edib.


Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 30-u saat 14.00 radələrində rayonun Baş Göynük kəndində kənd sakini, 1931-ci il təvəllüdlü Kərim Umar oğlu Kərimovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardığı araşdırma zamanı 84 yaşlı Kərim Kərimovun intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR