Məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Sarayında çıxış edib

Məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Sarayında çıxış edib
# 28 oktyabr 2015 11:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Amerikanın məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Sarayında çıxış edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən konsert musiqi kollektivinin 25 illiyinə həsr edilib.

“Fourplay” kvarteti “smooth jazz” üslubunda çıxış edən parlaq qruplardan biridir. Kollektiv 25 illik fəaliyyəti nəticəsində geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb və böyük kommersiya uğuru əldə edib. 1990-cı ildə yaradılmış qrup dünya musiqisevərlərinin diqqətini cəlb edən albomlar buraxır, qastrollara gedir və caz festivallarında çıxış edir.

“Fourplay” kvarteti bir neçə nominasiyada “Grammy Awards”, habelə musiqi industriyasının inkişafına verdiyi mühüm töhfəyə görə ABŞ-ın “Congressional Record” fəxri mükafatına layiq görülüb. Kvartet konsertdə müxtəlif illərin albomlarından əsərlər ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR