Ötən ay 200-ə yaxın Yaşıl Kart müqaviləsi bağlanıb

Ötən ay 200-ə yaxın Yaşıl Kart müqaviləsi bağlanıb
# 04 aprel 2016 08:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Mart ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyə ölkələrinə səfər edən avtonəqliyyat vasitələri üçün 196 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan "APA-Economics"ə verilən məlumata görə, beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 35 547 manat təşkil edib.

Ümumilikdə, 2016-cı ilin yanvar-mart ayları ərzində 324 ədəd beynəlxalq sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə sığorta haqlarının məbləği 55 437 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR