UNESCO baş direktoru: “Azərbaycanın dəstəyi əsas mandatımızın inkişafına böyük töhfə verib”

UNESCO baş direktoru: “Azərbaycanın dəstəyi əsas mandatımızın inkişafına böyük töhfə verib”
# 27 may 2016 14:28 (UTC +04:00)

Bakı – APA. UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, İ. Bokovanın məktubunda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə sizə, Azərbaycan hökumətinə və xalqına UNESCO-nun adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkənizin illər boyu UNESCO ilə əlaqələri gücləndirmək istiqamətindəki səylərini və beynəlxalq əməkdaşlığın inkişafında oynadığı mühüm rolu təqdir etmək istərdim. Cənab prezident, xüsusilə, UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakınıza görə Sszə ən dərin ehtiramımı bildirirəm. İcazə verin, Bakı Forumunun uğurlu iclasları üçün Azərbaycana bir daha ən səmimi minnətdarlığımı çatdırım.

Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə davamlı dəstəyi UNESCO-nun əsas mandatının inkişafına böyük töhfə verib. “Davamlı İnkişaf Proqramı – 2030” layihəsinin icrası mərhələsində bu dəstək daha böyük əhəmiyyət kəsb edir. Əminəm ki, UNESCO-nun Azərbaycan ilə sıx əməkdaşlığı gələcəkdə də davam edəcək. Zati-aliləri, xahiş edirəm, təbriklərimlə yanaşı, ən dərin ehtiramımı qəbul edəsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR