Emin Şəkinskinin ailə üzvlərinin ölkədən qaçmasına köməklik etməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər

Emin Şəkinskinin ailə üzvlərinin ölkədən qaçmasına köməklik etməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər
# 10 dekabr 2015 07:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Gülnarə Şəkinskayanın və övladlarının sərhədi qanunsuz keçmələrinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyiblər. Buna görə də məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, ilkin baxış iclasında vəkillər prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatətin təmin edilməməsi barədə qərar qəbul edib. Kassasiya şikayəti həmin qərardan verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilənlərdən Namiq Camalov 8 il, Pənah Dadaşov və Raqub İsbəndiyarov hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlərə - Saçlı Həsənova, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Rəvanə Dadaşova, Günel Hüseynova 1 il, Pərvin Dadaşov, Tahir Hüseynov, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə 1 il 3 ay müddətinə şərti cəza verilib.

İttiham aktına görə, təqsirləndirilən şəxslər Saçlı Həsənova, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov, Pənah Dadaşov və Ənnab İsgəndərova Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G. Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Üusub və Azərbaycan Miqrasiya Mərkəzinin Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.

Onların cinayət işi ayrıca icraata verilib. Hazırda həmin cinayət işi üzrə ibtidai istintaq ararılır.

Qeyd edək ki, Emin Şəkinski Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR