Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşları qəbul edib
# 18 dekabr 2015 11:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, qəbulda Kürdəmir, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Ağdam, Füzuli və Xocavənd rayonlarından 30-dan artıq vətəndaş iştirak edib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Ə. Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər bir çox məsələlərin operativ həllinə zəmin yaradır.

Yerlərdə turizmin təşviqi istiqamətində müraciətləri müsbət qiymətləndirən Ə. Qarayev Kür çayının Kürdəmir rayonun ərazisindən keçən hissəsində çay turizminin inkişaf etdirilməsi barədə təklifin nəzərdən keçiriləcəyini deyib.

Qəbuldan sonra nazir rayonda yerləşən mədəniyyət müəssisələrinə baş çəkib, tarix-diyarşünaslıq muzeyi, mədəniyyət evi və musiqi məktəbinin iş şəraiti ilə tanış olub, tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR