Nardaran sakini inzibati qaydada həbs edilib

Nardaran sakini inzibati qaydada həbs edilib
# 18 dekabr 2015 09:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Daha bir Nardaran sakini inzibati qaydada həbs edilib.

Bu barədə APA-ya Nardaran sakini Natiq Kərimov məlumat verib.

Onun sözlərinə görə, qəsəbə sakini Əliyev Hüseyn Əlikram oğlu ötən gün polis tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 30 sutkalıq həbs qərarı çıxarılıb.

N. Kərimov həmçinin bildirib ki, Nardaran hadisələri ilə bağlı son günlər bir neçə nəfər polisə aparılsa da, onlar sonradan sərbəst buraxılıblar.

Onun sözlərinə görə, hazırda qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR