Tehranda İranın neft naziri ilə Rusiyanın enerji naziri arasında görüş keçiriləcək

Tehranda İranın neft naziri ilə Rusiyanın enerji naziri arasında görüş keçiriləcək
# 14 mart 2016 08:04 (UTC +04:00)


Tehran. Süleyman Fərzəliyev - APA. Rusiyanın enerji naziri Aleksandr Novak İrana səfər edib.

APA-nın İran bürosunun məlumatına görə, nümayəndə heyətində ticarət, sənaye və neft-qaz sahəsində çalışan şirkətlərin təmsilçiləri var. Səfər zamanı A. Novak İranın neft naziri Bijən Namdar Zənganə ilə görüşəcək. Görüş OPEK-ə üzv olan və olmayan enerji ixracatçısı ölkələrin martın 20-də keçiriləcək iclası öncəsi baş tutur. Bu baxımdan İranla əldə olunacaq razılıqlar diqqət mərkəzindədir.

İran və Rusiya nümayəndələrinin neftin qiymətinin artırılması ilə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR