Şabranda bir otaqlı ev əşyalarla birlikdə yanıb

Şabranda bir otaqlı ev əşyalarla birlikdə yanıb
# 14 mart 2016 20:31 (UTC +04:00)

Bakı-APA. Şabranda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Uzunboyad kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 1 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR