ATƏT sədri: “Hərbi əməliyyatların dayandırılması ilə bağlı xəbərlər ümidvericidir”

ATƏT sədri: “Hərbi əməliyyatların dayandırılması ilə bağlı xəbərlər ümidvericidir”
# 05 aprel 2016 18:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Hərbi əməliyyatların dayandırılması ilə bağlı xəbərlər ümidvericidir”.

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bildirib.

Onun sözlərinə görə, birbaşa səylər atəşkəsin stabilləşdirilməsi üzərində cəmlənməli və yeni eskalasiyanın qarşısını almağa yönəlməlidir: “Hərbi əməliyyatlar effektiv şəkildə və tamamilə dayandırılmalıdır. Bu baxımdan, mən həmsədrlərin regiona erkən səfərini alqışlayıram. Mən tərəflərlə və digər beynəlxalq aktorlarla sıx təmasları davam etdirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR