"Qazprom": Heç kim "Türk axını" layihəsinin gələcəyi barədə suala cavab verə bilmir

"Qazprom": Heç kim "Türk axını" layihəsinin gələcəyi barədə suala cavab verə bilmir
# 08 dekabr 2015 13:20 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Hazırda heç kim "Türk axını" təbii qaz kəməri layihəsinin gələcəyi barədə suala cavab verə bilmir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın "Qazprom" Şirkətinin İdarə Heyətinin sədr müavini Valeri Qolubev bildirib.

"Ümid edirəm ki, ağıllı məntiq qalib gələcək. Türkiyə və Avropadan olan tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətimiz normallaşacaq", - deyə "Qazprom" rəsmisi qeyd edib.

Qeyd edək ki, dekabrın 3-də Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını”nın reallaşdırılması ilə bağlı Türkiyə və Rusiya arasında hökumətlərarası danışıqların dayandırıldığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR