Argentinada etiraz aksiyasının dağıdılması zamanı 17 nəfər xəsarət alıb

Argentinada etiraz aksiyasının dağıdılması zamanı 17 nəfər xəsarət alıb
# 09 yanvar 2016 03:17 (UTC +04:00)

Bakı-APA. Argentina polisi La Plata şəhərində etiraz aksiyasının dağıdılması zamanı rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 17 nəfər xəsarət alıb, 4 etirazçı saxlanılıb.

Məlumata əsasən, 200-ə yaxın bələdiyyə əməkdaşı işdən qovulmalarına etiraz olaraq La Plata şəhərinin mərkəzində yürüş keçiriblər. Meriyanın binasına yaxınlaşdıqda polis nümayişçilərə rezin güllələrdən atəş açıb.

Qeyd edək ki, bundan əvvəl La Plata şəhərinin yeni meri bələdiyyə işçilərinin əmək müqavilələrinə yenidən baxacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR