“Azəri” yatağındakı platformaların birində təmir işləri aparılacaq

“Azəri” yatağındakı platformaların birində təmir işləri aparılacaq
# 30 avqust 2016 14:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sonunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun “Azəri” yataındakı platformalarının birində planlı təmir işlərinə dayandırılacaq.

APA-Economics”in məlumatına görə, bu barədə “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, bu platformanın təmirə dayandırılması səbəbindən şirkətin orta gündəlik hasilatı birinci yarım ilin nəticələrindən az ola bilər.

B. Aslanbəyli deyib ki, ötən yarım ildə orta gündəlik hasilat 655 barelə bərabər olub: “Biz bu göstəricini saxlamaq fikrindəyik. Təbii ki, bu, 2016-cı ilin hasilat rəqəmlərinə təsir etməyəcək. Artıq SOCAR-la danışıqlar gedir və vaxtı dəqiqləşdirilir. Təbii ki, bu da bu ilin xərclər proqramına salınıb. Üçüncü rübün sonunda təmir işlərinin başlayacağı vaxtla bağlı mətbuatda məlumat veriləcək”.

Qeyd edək ki, bu ilin birinci yarım illiyində “BP-Azerbaycan”ın gündəlik neft hasilatı 655 min barel təşkil edib.

Xatırladaq ki, sentyabr ayında Dərinsulu Günəşli platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR