Tanzaniyada zəlzələ nəticəsində ölənlərin sayı 16-ya çatıb, 253 nəfər xəsarət alıb

Tanzaniyada zəlzələ nəticəsində ölənlərin sayı 16-ya çatıb, 253 nəfər xəsarət alıb
# 11 sentyabr 2016 20:38 (UTC +04:00)

Bakı-APA. Tanzaniyada zəlzələ nəticəsində ölənlərin sayı 16-ya çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı 253 nəfər xəsarət alıb.

Məlumata görə, bir neçə ev dağılıb. Qəza yerlərində axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, 5,7 maqnitudalı zəlzələ Tanzaniyada ötən gün qeydə alınıb. Yeraltı təkanların episentri Nsunqa şəhərindən 20 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Zəlzələ Ruanda, Burundi, Uqanda və Keniyada da hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR