Dünya ölkələrinin liderləri Azərbaycan prezidentini təbrik ediblər

Dünya ölkələrinin liderləri Azərbaycan prezidentini təbrik ediblər
# 16 may 2016 17:19 (UTC +04:00)

Bakı – APA. Koreya Respublikasının prezidenti Pak Kın He Azərbaycan prezidenti İlham Əliyevi 28 may – Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Koreya prezidentinin məktubunda deyilir:

“Zati-aliləri, Respublika Günü münasibətilə Sizi və Azərbaycan Respublikasının xalqını ürəkdən təbrik edirəm. Qarşıdakı illərdə də ölkələrimiz və xalqlarımız arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olacağına və həmçinin əlaqələrimizin möhkəmlənəcəyinə ümidvaram. Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı və dost ölkənizə davamlı firavanlıq arzularımı qəbul edəsiniz”.

Azərbaycanın dövlət başçısını 28 may – Respublika Günü münasibəti ilə həmçinin Niderlandın Kralı Villem-Aleksandr, İrlandiya prezidenti Maykl Higgins, Filippin prezidenti III Beniqno Akino təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR