Bu il 68 insan alveri faktı üzrə 13 cinayət işi başlanıb

Bu il 68 insan alveri faktı üzrə 13 cinayət işi başlanıb
# 18 may 2016 13:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2015-ci ildə 109 insan alveri faktı üzrə 23, 8 məcburi əmək faktı üzrə 7, 62 fahişəliyə cəlb etmə faktı üzrə 56 cinayət işinin istintaqı aparılıb”.

APA-nın xəbərinə görə, bu barədə Baş prokurorluğun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Nurəli Məmmədov “Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda keçirilən konfransda bildirib. O qeyd edib ki, 2016-cı ilin I rübündə 68 insan alveri faktı üzrə 13, 15 fahişəliyə cəlb etmə faktı ilə bağlı isə 14 cinayət işinin istintaqı aparılıb.

N. Məmmədov əlavə edib ki, 2015-ci ildə ümumilikdə 313 fakt üzrə 191, 2016-cı ilin I rübündə isə 125 fakt üzrə 62 cinayət işinin istintaqı yekunlaşıb: “Bu cinayətləri törədənlərdən 2015-ci ildə 171 nəfər, 2016-cı ilin I rübündə isə ümumi olaraq 29 nəfəri məhkəmə məsuliyyətinə cəlb olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR