"Azəriqaz": Ötən ilin dekabrında əhaliyə 388 mln. kubmetr təbii qaz satılıb

"Azəriqaz": Ötən ilin dekabrında əhaliyə 388 mln. kubmetr təbii qaz satılıb
# 13 yanvar 2016 09:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ilin dekabr ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 21 651 yeni abonent qeydiyyata alınıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bunun da 4 498-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 17 153-ü isə regionların payına düşüb.

Ümumiyyətlə, ötən il əhali sektoru üzrə 104 309 yeni abonent qeydiyyata alınıb. Bu göstəricinin də 32 773-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 71 536-sı isə regionlar üzrə olub. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 835 173-ə çatıb.

Ötən ilin dekabr ayında əhali sektoru üzrə 387 mln. 851 min 278 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 92,7% təşkil edib. Onu da qeyd edək ki, bu ilin yanvarın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 126554 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub.

Bundan əlavə, 341 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR