Baş konsul: "Rəis dedi ki, həmin məclisdə bir nəfər özünü avtoritet elan etmək istəyirmiş" - YENİLƏNİB

Baş konsul: "Rəis dedi ki, həmin məclisdə bir nəfər özünü avtoritet elan etmək istəyirmiş"  - <span style="color: red;">YENİLƏNİB
# 31 mart 2016 12:19 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. "Bakıdan gələn müğənni və meyxanaçılar, həmin yığıncaqda iştirak edən qadın və uşaqlar polis bölməsinə aparılmayıb". Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Azərbaycanın Yekaterinburqdakı baş konsulu Soltan Qasımov bildirib.

Dünən Yekaterinburqdakı hadisənin təfərrüatları barədə danışan baş konsul martın 31-də gecə saat 01 radələrində telefonuna naməlum şəxs tərəfindən zəng gəldiyini söyləyib: "Tanımadığım bir həmyerlimiz mənə Yekaterinburqdakı kafelərin birinə polisin basqın etdiyini, kafedə olanların hamısını, qadınları, uşaqları Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə apardıqlarını söylədi. Mən tez iki konsulla birlikdə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə getdim. İdarənin rəisi Konstantin Stroqonov bizi yaxşı qəbul elədi. O, bizə hadisənin təfərrüatı barədə danışdı. Rəisin dediyinə görə, polis basqın zamanı qadın və uşaqlara, o cümlədən Azərbaycandan gəlmiş musiqiçi və meyxanaçılara toxunmayıb. Saxlanılanların sayı 200-dən ya çox olar, ya da az. Rəis mənə kafedə çəkilən fotolardan ibarət faktlar göstərdi. Həmin fotolarda azərbaycanlıların üzərindən götürülən soyuq silah, narkotik maddələr və. s vardı. Yenə rəisin dediyinə görə, həmin məclisdə bir nəfər özünü avtoritet elan etmək istəyirmiş. Həmin adam "ad günü" məclisi adı altında özünə əslində başqa məclis keçirirmiş. Mən rəisə qadınları və uşaqları onlardan ayırdıqlarına görə təşəkkürümü bildirdim. Stroqonov qanunlar çərçivəsində saxlanılanların hansısa cinayətdə əməlinin olub-olmaması yoxlanıldıqdan sonra sərbəst buraxılacağını söylədi".

Baş konsul səhər saat 4-ə kimi saxlanılanların hamısının sərbəst buraxıldığını bildirib: "Mənə bir azdan saxlanılanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması haqqında məlumat verəcəklər. Çünki saxlanılanların əksəriyyətinin Rusiya vətəndaşlığı olub".

Rusiya Daxili İşlər Nazirliyinin Ural Federal Dairəsi üzrə Baş İdarəsindən APA-nın Rusiya bürosuna dünən Yekaterinburqdakı restoranların birində kriminal avtoritetlərin yığıncaq keçirəcəkləri barədə əvvəlcədən məlumat aldıqları bildirilib: "Daxil olan məlumat əsasında məlum ünvanda yerləşən restorana əməliyyat qrupu göndərildi. Əməliyyat zamanı qadın və uşaqlara toxunulmayıb. Saxlanılanların hamısı bölməyə gətirilib. Onların hansısa cinayətdə əlinin olub-olması yoxlanıldıqdan sonra isə sərbəst buraxılıblar. Faktla bağlı araşdırmamız davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR