Suriyada iki rusiyalı pilot həlak olub

Suriyada iki rusiyalı pilot həlak olub
# 09 iyul 2016 19:58 (UTC +04:00)

Bakı-APA. Suriyada “Mİ-25” döyüş helikopteri İŞİD terrorçuları tərəfindən vurulub, nəticədə iki rusiyalı pilot həlak olub.

APA-nın xəbərinə görə, bu barədə “TASS”a Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“2016-cı ilin iyulun 8-də təlimçi rusiyalı pilotlar Rəfaqət Xabibullin və Yevgeni Dolqin Suriya Hərbi-Hava Qüvvələrinə məxsus “Mi-25” helikopteri ilə (“Mi-24”-ün ixrac variantı) Homs əyalətində uçuş həyata keçiriblər. Bu zaman Palmiranın şərqində İŞİD-in böyük dəstəsi Suriya ordusunun mövqelərinə hücum edərək sürətlə irəliləməyə başlayıb və strateji yüksəklikləri nəzarətə götürməyə çalışıb”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, terrorçulara qarşı döyüş sursatını istifadə edən helikopter bazaya dönərkən terrorçular tərəfindən vurulub. Helikopter Suriya ordusunun nəzarətində olan ərazidə yerə çırpılıb, ekipaj həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR