Suriyada xilasetmə əməliyyatı zamanı Rusiya helikopterinin vurulması nəticəsində bir hərbçi ölüb

Suriyada xilasetmə əməliyyatı zamanı Rusiya helikopterinin vurulması nəticəsində bir hərbçi ölüb
# 24 noyabr 2015 19:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyada terrorçular tərəfindən hərbi helikopterin vurulduğunu təsdiqləyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında Suriyada vurulan Rusiya bombardmançı təyyarəsi ilə bağlı keçirilən mətbuat konfransıda Baş Qərargahın nümayəndəsi bildirib.

Rusiyaya məxsus helikopter Latakiya əyalətinə enərkən terrorçular tərəfindən yerdən atəşə tutulub. Nəticədə bir nəfər Rusiya hərbçisi ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR