DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 33%-dən çox artıb

DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 33%-dən çox artıb
# 17 may 2016 08:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 644 mln. 312,57 min manat daxil olub.

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 161 mln. 059,59 min manat və ya 33,33% artıb.

Yanvar-aprel ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 161 mln. 297,57 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 443 mln. 796,30 min manat, aksizlər üzrə 21 mln. 731,77 min manat, yol vergisi üzrə isə 17 mln. 486,93 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR