Təhsil Nazirliyi peşə təhsili ilə bağlı yeni təklifləri hökumətə təqdim edib

Təhsil Nazirliyi peşə təhsili ilə bağlı yeni təklifləri hökumətə təqdim edib
# 28 iyun 2016 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Azərbaycanda peşə məktəbləri şəbəkəsinin optimallaşdırılması ilə bağlı təkliflərini hökumətə təqdim edib. APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, hazırda ölkədə 108 ilk peşə-məktəbi və liseyi mövcuddur.

Onun sözlərinə görə, bu şəbəkənin optimallaşdırılması istiqamətində təhlillər aparılır. Bu yaxınlarda təkliflərin hökumətə təqdim edildiyini deyən C.Bayramov vurğulayıb ki, yaxın aylar ərzində peşə təhsil şəbəkəsinin optimallaşdırılması sahəsində müvafiq qərarlar qəbul olunacaq: “Belə bir optimallaşdırılmanın aparılması ixtisaslaşmış ilk peşə təhsili müəssisələrində maddi texniki baza, təlimçi-pedaqoji kadr baxımından daha yüksək səviyyəli peşə hazırlığının verilməsi deməkdir. İlk peşə təhsili bu gün prioritet və önəmli istiqamətlərdən biridir. 2015-i ilin sonunda Təhsil Nazirliyinin kollegiyasında prioritet olaraq 2016-cı il nazirlik daxilində şərti olaraq peşə təhsili ili təyin edilib. Bu istiqamətdə bir sıra addımlar atılıb. Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə Təhsil Nazirliyinin daxilində Dövlət Peşə Təhsili Agentliyi yaradılıb. Hazırda həmin agentliyin yeni strukturu formalaşdırılır və bu işlərin daha yeni mərhələyə aparılması istiqamətində bir sıra işlər görülür. İlk növbədə peşə təhsili müəssisələri ilə əmək bazarının tələblərinə uyğun peşələr analiz edilməlidir. Bu məsələdə Təhsil Nazirliyi aidiyyatı dövlət qurumları ilə sıx əlaqədə işləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR