Əbülfəs Qarayev: “Ölkədə mövcud olan 570 yerləşdirmə obyekti yetərli deyil”

Əbülfəs Qarayev: “Ölkədə mövcud olan 570 yerləşdirmə obyekti yetərli deyil”
# 07 aprel 2016 15:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Hazırda ölkədə 570 yerləşdirmə obyekti var. Hesab edirəm ki, bu, yetərli deyil”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, Azərbaycana gələn turistlərin böyük qismi evlərdə, kəndlərdə qalır: “Bunun səbəbi turist axınının artmasıdır. Azərbaycanın paytaxt sakinləri də kəndlərə gedərək evlərdə istirahət edirlər. Bizim bununla bağlı xüsusi proqramımız var. Həmin sakinlərə xidmət göstərən ev sahiblərinə xüsusi təlim keçir, onlar üçün şərtləri müəyyənləşdiririk. Bu xidmətləri keyfiyyətli və təhlükəsiz göstərmək üçün onlara lazımı bilik veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR