MSK “exit-poll” keçirəcək qurumları müəyyənləşdirib

MSK “exit-poll” keçirəcək qurumları müəyyənləşdirib
# 20 oktyabr 2015 13:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb.


MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, Azərbaycan seçki təcrübəsində “exit-poll” artıq reallığa çevrilib və bununla bağlı ölkədə ixtisaslaşmış qurumlar fəaliyyət göstərir: "Müstəqil Araşdırmalar Mərkəzi artıq bir dəfə “exit-poll”da iştirak edib və indiyə qədər çoxsaylı sorğu, tədqiqatlar keçirib. Onun təqdim etdiyi sənədlər əsaslı olduğundan təklif edirəm ki, bu qurum “exit-poll” aparan təşkilat kimi qeydiyyata alınsın".

Təklif səsə qoyularaq qəbul edilib.

Sonra N. Məmmədov deyib ki, “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlardan digərləri Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Hər iki qurumun “exit-poll” keçirməsi qəbul olunub.

İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR