İlqar Məmmədov və Tofiq Yaqublunun şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub

İlqar Məmmədov və Tofiq Yaqublunun şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub
# 05 oktyabr 2016 20:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

APA-nın məlumatına görə şikayətə noyabrın 18-də baxılacaq.Prosesə Əli Seyfəliyev sədrlik edəcək.

Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. T. Yaqublu prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR