Tərtər və Goranboyda top mərmiləri zərərsizləşdirilib

Tərtər və Goranboyda top mərmiləri zərərsizləşdirilib
# 24 may 2016 16:21 (UTC +04:00)

Tərtər. Ziya Əmirxanlı - APA. Tərtər rayonunun Cəmilli kəndinin əkin sahələrindən aşkarlanan top mərmisi zərərsiləşdirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 122 mm-lik OF56 markalı top mərmisi kəndin otlaq sahəsində aşkarlanıb. Hadisə yerində axtarış təmizləmə işləri aparan Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyasının mütəxəssisləri partlamamış sursatı yerindəcə zərərsizləşdiriblər.


Analoji hadisələr Goranboyun Tapqaraqoyunlu və Tərtərin Əskipara kəndlərində də qeydə alınıb. Daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR