Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerləri təltif olunacaqlar

Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerləri təltif olunacaqlar
# 23 oktyabr 2015 08:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin təltifolunma mərasimi keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 10 gündən artıq davam edən treninqlərdə fəal iştirak edən teatr menecerləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi və Azərbaycan Teatr Treninq Mərkəzinin sertifikatları ilə təltif olunacaqlar.

Treninqlərdə teatrın tarixi və marketinq işi haqqında ətraflı bilgilərə yiyələnən menecerlər yüksək məvacibli işlə təmin olunacaqlar.

Ötən ay elan edilən müsabiqə kastinq yolu ilə həyata keçirilib, kastinqdən uğurla keçənlərə peşəkar teatr mütəxəssisləri və marektinq sahəsi üzrə pedaqoqlar treninqlər keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR