U-17 Avropa çempionatında 1/4 final oyunları keçirilib

U-17 Avropa çempionatında 1/4 final oyunları keçirilib
# 15 may 2016 20:06 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında növbəti 1/4 final oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, 8-ci km qəsəbə stadionunda baş tutan iki görüşdən sonra növbəti yarımfinalçıların adlarına aydınlıq gəlib.

İlk olaraq meydana İspaniya və İngiltərə milliləri çıxıblar. D qrupunu lider kimi başa vuran pirineylilər C qrupunun ikincisini minimal hesabla keçiblər.

Günün ikinci oyununda isə İsveç Hollandiya ilə qarşılaşıb. Bu oyunun da taleyini 1 qol həll edib. "Portağallar" tək qolla yarımfinala adlayıblar.

Beləliklə, Hollandiyanın 17 yaşadək futbolçuları yarımfinalda Portuqaliya yığmasının rəqibi olublar. Digər yarımfinalda İspaniya Almaniyaya ilə qarşılaşacaq.

17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi

1/4 final

15 may

İsveç – Hollandiya - 0:1

Qol: Çonq, 62

İspaniya – İngiltərə - 1:0

Qol: Qarsiya, 11

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR