Rusiya Ukrayna istiqamətində neft məhsullarının tədarükünü bərpa edir

Rusiya Ukrayna istiqamətində neft məhsullarının tədarükünü bərpa edir
# 19 may 2016 22:40 (UTC +04:00)

Bakı-APA. Rusiyanın “Transneft” şirkəti may ayından etibarən Ukrayna istiqamətində neft məhsullarının tədarükünü bərpa etməyə qərar verib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu şirkətin nəqliyyat departamentinin rəhbəri Vladimir Nazarov deyib. Onun sözlərinə görə, cari ayın sonunadək qeyd olunan istiqamətdə 30 min ton neft məhsulları tədarük ediləcək.

“Biz Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə başlayırıq. Ukraynaya 30 min ton məhsul nəql ediləcək, oradan isə hara tədarük olunacağını bilmirəm”, - deyə Nazarov bildirib.

O əlavə edib ki, hazırda “Rosneft” şirkətinin 100 min ton dizel yanacağının Ukrayna istiqamətində nəql edilməsi ilə bağlı sifarişi var.

Qeyd edək ki, Ukrayna bundan əvvəl Rusiyadan ölkəyə neftin tədarük olunmasını xahiş edib. Bəzi məlumatlara görə, ölkənin hazırda 120 min ton neftə ehtiyacı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR